Fəhlələri daşıyan avtobus qəzaya uğradı: 20 yaralı var

12:28 08.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 8-də saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

 

Hafta.az apa-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.


Hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb.

 

2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.