Babası çayda boğuldu, nəvəsi xilas edildi - FOTO

18:45 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayonu ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı polis əməkdaşının çevik və operativ müdaxiləsi nəticəsində xilas edilib.

Hafta.az xəbər verir ki, ərazidə olan Qusar RPŞ-nin əməkdaşı uşağı sudan çıxarıb və onun həyatını təhlükədən qurtarıb.

Hadisə zamanı azyaşlını xilas etmək üçün özünü suya atan azyaşlının babası - 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.