Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-nun mənzil-qərargahında ölkənin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı sənədi imzalayıb. Bu barədə çərşənbə axşamı Yle teleradio şirkəti məlumat yayıb.
O qeyd edir ki, indi bu sənəd ABŞ hakimiyyət orqanlarının nümayəndələrinə veriləcək. Bundan sonra respublika NATO-nun tamhüquqlu üzvü olacaq.
Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri imzalanma anını “tarixi” adlandırıb. Onun sözlərinə görə, eyni zamanda Türkiyə nümayəndələri Finlandiyanın alyansa üzvlüyünün ratifikasiyasına dair sənədləri ABŞ dövlət katibi Entoni Blinkenə veriblər.
Finlandiyanın NATO-ya qəbulu ilə bağlı rəsmi mərasim çərşənbə axşamı təşkilatın Brüsseldəki mənzil-qərargahında keçiriləcək və həmin gün alyansın xarici işlər nazirlərinin planlaşdırılan iki günlük iclası açılacaq. Tədbirdə Finlandiya prezidenti Sauli Niinistö, həmçinin xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaykkonen iştirak edəcək. Respublika alyansın 31-ci üzvü olacaq.