Yazını böyüt
Yazını kiçilt
Üç Avropa ölkəsi yeni FCAS qırıcısının növbəti mərhələsi ilə bağlı razılığa gəlib. Bu barədə “Reuters” Almaniya hökumətinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, qırıcının yaradılması Avropada ən bahalı müdafiə layihəsidir. Onun dəyəri yüz milyard avronu keçir.
Ölkələr bir ildən artıqdır ki, layihənin yeni mərhələsini əlaqələndirirlər. 2017-ci ildə yeni qırıcı yaratmaq planlarını ilk dəfə Almaniyanın keçmiş kansleri Angela Merkel açıqlayıb. Fransa, Almaniya və İspaniya 2040-cı ildən öz döyüş təyyarələrini dəyişdirməyi planlaşdırır.