Fransa özünün siyasi imicini günü-gündən itiməkdədir - Aydın Mirzəzadə

18:15 27.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransa özünün siyasi imicini günü-gündən itiməkdədir. Parisdən 20 min kilometr uzaqda yerləşən Yeni Kalodoniya əhalisinin Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxması bu ölkənin çoxdan demokratiyadan uzaqlaşdığını göstərir”.

Bunu hafta.az-a deputat Aydın Mirzəzadə Fransanın anti-Azərbaycan mövqeyini davam etməsi və ölkəmizi “antidemokratik” adlandırması ilə bağlı bildirib.

Deputat qeyd edib ki, Fransa orta əsrlər təfəkkürü ilə hərəkət edir və digər ölkələrin həyat tərzinə qarışması adi hala çevrilib.
“Bu Fransanın özündə də ciddi narahatlıqlar doğurur. Fransada hökumət əleyhinə kampaniyaların ardı-arası kəslimir. Fransa prezidenti Makronun hər iki seçki dönəmində çox cüzi səs fərqi ilə seçilməsi onu göstərir ki, onun daxili və xarici siyasət prioritetləri cəmiyyəti narahat edir. Hətta ona səs verənlər Makronun nə dərəcədə Fransa maraqlarına xidmət edəcəyinə şübhə ilə yanaşırlar. Fransa admnistrasiyası tərəfindən vaxtaşırı Azərbaycanla bağlı aqressiv fikirlər səsləndirilməsi, təhqirə keçməsi isə Fransa mədəniyyətinə, tarixinə uyğun gəlməyən səviyyəsizlikdir”.

A.Mirzəzadə bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan Fransa siyasətçilərinin səviyyəsinə enməyəcək. O, bununla belə Azərbaycanın özünün milli maraqlarını, şərəfini yüksək səviyyədə qoruyacağını deyib.

“Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq müstəvidə yüksək nüfiza malikdir. 100-dən çox ölkə rəhbərinin Azərbaycanda keçiriləcək COP29 konfransına dəvət alması, artıq əksəriyətinin öz iştirakını təsdiqləməsi Azərbaycanın yüksək nüfuzunu göstərir. Fransanın aqressiv siyasətindən asılı olamayaraq Azərbaycan öz demokratiyasını, beynəlxalq aləmə inteqrasiyasını gücləndirəcək, öz hüquqlarını həmişə yüksək səviyyədə qoruyacaq”.

Oxunma sayı 87