Yazını böyüt
Yazını kiçilt
Gecə saatlarında 21 yaşlı xanım pasiyent döş sümüyünün arxasında ağrı, epiqastral nahiyyədə ağrı və yad cisim udma şikayəti ilə başqa bir klinikadan Bakı Sağlamlıq Mərkəzinə yönləndirilib.
Hafta.az xəbər verir ki, bu barədə modern.az-a mərkəzdən bildirilib.
Gec saatlarda olmasına baxmayaraq, Mərkəzin mütəxəssisləri tərəfindən aparılan müayinələr zamanı qida borusunun distalında mədənin kardial hissəsinə pərçim olunmuş yad cisim - çəngəl aşkarlanın və xəstə qastroskopiya olunaraq, yad cisim alliqator forseps aləti vasitəsilə xaric olunub.
Xəstənin vəziyyəti yaxşı olub, evə yazılıb.