Gəncə terroruna görə, Paşinyan Haaqa məhkəməsində cavab verməlidir - Yevgeni Mixaylov

15:11 17.10.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan öz fəaliyyəti ilə bölgəni genişmiqyaslı müharibə meydanına çevirmək istəyir.

Hafta.az xəbə verir ki, bu fikirləri rusiyalı ekspert Yevgeni Mixaylov özünün Facebook səhifəsində Gəncədə töədilən son terror aktına münasibət bildirərkən yazıb.

Onun sözlərinə görə, İrəvan Azərbaycanın dinc əhalisinə qarşı terror aktı həyata keçirib. Gəncəyə edilmiş xain hücum dünya ictimaiyyəti tərəfindən cavabsız qalmamalıdır.

"Uşaqlar, yaşlılar, qadınlar həlak olub... Söz tapmıram" - deyib rusiyalı ekspert. Mixaylov deyib ki, Gəncəyə raket hücumu misli göünməmiş faciədi: "Azərbaycan Dağlıq Qarabağdakı öz torpaqlaını geri qaytamaq istəyir və mən əminəm ki, qaytaracaq. Ermənistan hərbiçiləri bütün cəbhə boyu itkilər verir və geri çəkilir. Əvəzində isə dinc əhalini hədəf alır. Buna haqq qazandırmaq olmaz. Ermənistan çalışır ki, onun ərazisinə cavab zərbələri endirilsin və KTMT-nin nizamnaməsi işə düşsün. Təşkilata üzv dövlətlər Ermənistanı guya işğalçıdan qorumaq üçün ordu göndərsinlər. Lakin indi vəziyyət tam fərqlidir. Erməni hərbi rəhbərliyinin düşündüyü kimi deyil. Siz dinc əhaliyə atəş açmaqla cavab atəşlərini gözləməlisiniz. KTMT-nin bu cavablara hansısa başqa reaksiya veəcəyinə şübhə ilə yanaşıram. Vəziyyət ağırdır. Ermənistan açıq şəkildə terror fəaliyyəti il məşğul olur. Hamı indi görür ki, İrəvan dinc əhaliyə atəş açır, hədəfə alır. 90-cı illərdə onlar bu addımı atırdılar. Dinc sakinləri yandırır, başlarını kəsirdilər. Xocalını xatırlamaq kifayətdir.  Hələ də heç kim bu olaylara zəruri qiymət verməyib.

Beynəlxalq ictimaiyyət erməni siyasi və hərbi rəhbərliyinə sanksiya tətbiq etməli, Paşinyan və onun adamlalarını Haaqa məhkəməsinə vermək lazımdır."