Gəncədə və Gədəbəydə maşın yanıb

12:26 26.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərinin Kəpəz rayonunda "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Gədəbəy rayonunun Yenikənd kəndində isə “ГАЗел” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Hər iki hadisədə alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.