Göyçay sakini özünü güllələyib

14:40 03.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay sakinin ehtiyatsızlıqdan özünü güllələyib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 2-də Mırtı kəndində B.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.


Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Hadisə yerindən müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürülüb.
B.Muradov xəstəxanaya yerləşdirilib.