Türkiyənin tanınmış müğənnisi Çelik növbəti dəfə sosial məsuliyyət nümunəsi sayılan davranışı ilə gündəmə gəlib.
Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Samsun şəhərində çətin şəraitdə yaşayaraq zibil qablarından kağız və tullantı toplayan Serpil adlı qadına dəstək olmaq qərarına gəlib. Çelik qadının gündəlik həyatını daha yaxından anlamaq üçün onun gördüyü işi yerində təcrübədən keçirib və küçələrdə kağız yığaraq diqqət çəkən addım atıb.
Müğənninin bu davranışı ətrafdakı insanlar və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bir çoxları onun ağır şəraitdə çalışan insanların problemlərinə diqqət çəkmək cəhdini təqdir edib.
Bildirilir ki, Çelik bu addımı ilə təkrar emal sahəsində çalışan şəxslərin üzləşdiyi çətinlikləri gündəmə gətirmək və cəmiyyətin diqqətini onların zəhmətinə yönəltmək istəyib.
Sənətçinin görüntüləri qısa müddətdə sosial mediada yayılaraq geniş müzakirələrə səbəb olub.
