Gürcüstan hökumət binası qarşısında “Saakaşviliyə azadlıq” tələbi ilə aksiya başladı... - FOTOLAR

20:24 20.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu dəqiqələrdə Gürcüstan hökumət administrasiyasının binası yaxınlığında “Mişaya azadlıq” şüarıyla sabiq prezident Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir.

Hafta.az xəbər verir ki, bu haqda "Qruziya Online" nəşri məlumat yayıb.

Mitinqə Mixail Saakaşvilinin ailə üzvləri, müxtəlif partiyaların üzvləri, ictimaiyyət fəalları və adi vətəndaşlar toplaşıb.

Mixail Saakaşvilinin anası Giuli Alasanyanın sözlərinə görə, bugünkü aksiya bir insanın həyatını xilas etmək üçün  keçirilir.

Polis hökumət administrasiyası yaxınlığına səfərbər edilib.