Türkiyədə Hadise, Mert Yazıcıoğlu, Demet Evqar və Özge Özpirinççi də daxil olmaqla, 19 məşhur barəsində narkotik ittihamı üzrə saxlanılma qərarı verilib.
Hafta.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində narkotik və ya stimullaşdırıcı maddədən istifadə cinayəti üzrə bir çox şəxslərə qarşı əməliyyat keçirilib ki, onların arasında bir çox tanınmış simalar da yer alıb.
Əməliyyat zamanı Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger ve Ceren Moray Orcan ifadələrinin alınması və qan nümunələrinin götürülməsi üçün İstanbul İl Jandarma Komandanlığına aparılıb. Məlum olub ki, istintaq bəzi şübhəlilərin narkotik maddədən istifadə etdiyinə dair əldə edilən dəlillər əsasında başlayıb.
Prokurorluqdakı mənbələr bildiriblər ki, istintaq çoxşaxəli şəkildə davam etdirilir. /"Haber Global"/