Həkimlər Saakaşvilidə civə intoksikasiyasını aşkarlayıblar

15:43 19.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Həbsxanada cəza çəkən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı tibbi ekspertiza onun orqanizmində ağır metalların miqdarının həddindən artıq olduğunu göstərib. Bunu siyasətçinin anası Culi Alasaniya deyib.

“Civə var idi, orada. Barium, tallium da var "deyib Alasaniya.
Alasaniyanın sözlərinə görə, bu maddələrin oğlunun bədəninə necə daxil olduğu məlum deyil. O qeyd edib ki, bu, siyasətçinin dərhal azadlığa buraxılmasına əsas verir.

Asalaniya əlavə edib ki, Saakaşvili hazırda təcrid olunub və özü sadalanan maddələrə giriş əldə edə bilməzdi.