“HƏMAS”-ın İsrailə hücumundan sonra bu ölkə də qorxuya düşdü

11:14 11.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik “HƏMAS”-ın İsrailə hücumundan sonra Şimali Koreyanın da ölkəsinə qarşı əməliyyat həyata keçirəcəyindən ehtiyat edir.

Hafta.az xəbər verir ki, bu hada İsrail mediası məlumat yayıb.

Şimali Koreya hərbçilərinin hərəkətlərinin monitorinqini bərpa etmək qərara alınıb. Bu, mümkün təxribatları tez və əvvəlcədən öyrənməyə kömək etməlidir. Çox güman ki, 2018-ci ildə iki Koreya dövləti arasındakı hərbi müqavilənin dayandırılması elan ediləcək.

Cənubi Koreya tərəfi Şimali Koreyanın “HƏMAS”-ın əraziyə hücum və girov götürmə taktikasından istifadə edə biləcəyindən ehtiyat edir.

Arayış:

Şimali və Cənubi Koreya arasındakı müqaviləyə uyğun olaraq tərəflər toqquşmaların qarşısını almaq üçün quru və dəniz sərhədləri boyunca bufer zonaları və sərhədlər üzərində uçuşa qadağa zonaları yaradıblar.