Rusiyada xarici agent kimi elan edilən müstəqil ictimai rəy sorğusu təşkilatı “Levada” Mərkəzinin sorğusuna qatılan vətəndaşların 29 faizi içində olduqları yoxsulluğa dözməyə güclərinin olmadığını bəyan edib.
Hafta.az-ın yazdığına görə, avqustda keçirilən sorğuya qatılanların 45 faizi “Həyat çətindir, lakin dözüləndir” cavabını verib. 19 faizlik qrup “Hər şey o qədər də pis deyil, yaşamaq olar” deyə düşünür, “Hər şey əladır” deyənlərin faizi isə cəmi 6 faizdir.
Ötən il aparılan sorğuda “yoxsulluq dözülməzdir” deyənlərin nisbəti yüzdə 47-dir. Bu il nisbət 18 bənd aşağı düşmüş kimi görünür. Bununla belə, 2021-ci illə müqayisədə 12 bəndlik artım var.
“Levada” Mərkəzin analitiki Stepan Qonçarov izah edir ki, yoxsulluğun dözülməz olduğunu deyənlərin nisbətinin yüksək olması insanların sorğuya kömək çağırmaq imkanı kimi baxmasıdır.