Yazını böyüt
Yazını kiçilt
Hindistan rəhbərliyi Kəşmirin cənubundakı Pulvama bölgəsinin Çeva Kalan kəndindəki mədrəsəni dağıdıb.
Hafta.az-ın Mepa News-a istinadən yazdığına görə, mədrəsənin “dövlət torpağında tikildiyi” iddia edilib. Bildirilib ki, söküntü Hindistanın daxili kəşfiyyat bölmələrindən biri olan Milli Təhqiqat Agentliyinin (MİA) göstərişinə əsasən həyata keçirilib.
Hindistan rəhbərliyi 2022-ci ilin martında mədrəsə binasında Kəşmir silahlı qruplarının iki üzvünü öldürdüklərini iddia edib. Hadisədən sonra mədrəsənin rəhbərləri həbs edilib.