Yazını böyüt
Yazını kiçilt
Hindistandakı internat məktəbinin reklamında məktəb binası kimi təqdim edilən görüntünün Bellevue Sarayına məxsus olduğu üzə çıxıb.
Hafta.az-ın “Hindustan Times” qəzetinə istinadən yazdığına görə, Almaniyanın Dehlidəki səfiri Filipp Ackermann reklamın şəklini X sosial media platformasında paylaşaraq, "Hörmətli hindli valideynlər, mən bugünkü qəzetdə bunu gördüm, amma bu bina internat məktəbi deyil! Bu, Berlindəki Almaniyanın Prezident Sarayıdır” deyib.
"Almaniyada da yaxşı internat məktəbləri var, lakin heç bir uşaq reklamda sizə təqdim olunan bu məktəbə qəbul edilməyəcək", - Ackermann əlavə edib.