Hindistan mətbuatının yerli polisə əsaslanan xəbərinə görə, hakim BJP Partiyasının Narayanpur bölgəsi sədrinin müavini Ratan Dubey seçki kampaniyası zamanı maoçu üsyançılar tərəfindən öldürülüb.
Hafta.az-ın yazdığına görə, polis Dubeyin bazar ərazisində kəsici alətlə öldürüldüyünü bildirib.
Əyalətdə yerli seçkilərə cəmi üç gün qalmış Dubeyin öldürülməsi diqqət çəkib.
Çinin inqilabçı lideri Mao Tsedondan ilhamlanan maoçu üsyançılar 1967-ci ildən bəri Hindistanın şimalında, şərqində və mərkəzində bir çox ştatlarda silahlı aksiyalar keçirirlər. Onlar qəbilə və yoxsul insanların hüquqları uğrunda mübarizə apardıqlarını deyirlər.
Cənubi Asiya Terror Portalının məlumatına görə, 1999-cu ildən bəri təhlükəsizlik qüvvələri ilə Maoist üsyançılar arasında baş verən qarşıdurmalarda 8 mini mülki vətəndaş olmaqla 14 mindən çox insan həyatını itirib.