İçərisində 30 000 dollar olan çanta oğurlanıb

13:22 07.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 000 dollar olan çanta oğurlanıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30 000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.