İlin ikinci Ay tutulması BAŞLADI

12:03 08.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün ilin ikinci Ay tutulması hadisəsi başlayıb.

BDU-nun Astrofizika kafedrasından hafta.az-a verilən xəbərə görə, məlumat verilib. Bildirilib ki, saat 12:02-dən etibarən yarımkölgəli Ay tutulması başlayıb. Saat 13:09-da qismən, saat 14:16-da isə tam tutulma başlayacaq. Tutulmanın maksimumu saat 14:59-da olacaq. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.

Bu ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkündür.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək. Yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olar. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.