“İndiki Gürcüstan 2013-cü ilin Ukraynası deyil, güclü institutlara, o cümlədən güclü güc strukturlarına malik dövlətdir. 2013-cü ildə baş vermiş və Ukraynanı öldürən ssenarini burada oynamaq mümkün deyil”.
Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi LIVE” proqramında məlumat verib.
Onun sözlərinə görə, ölkədə zorakılıq və vəziyyətin gərginləşməsi şansı yoxdur.
“Ən vacibi odur ki, bu 500 nəfərlik zorakılıq resursu zərərsizləşdirilib və o olmayanda və insanlar toplantılara gəlmədikdə, onların nəyisə qızışdırmaq şansı yoxdur. Gözləyirəm ki, müxalifətin başqa yolu qalmadığı üçü parlamentə girməyə üstünlük verəcəklər. Düşünürəm ki, fevralda belə olacaq. Elə ilk iclasda biz zalın dolu olduğunu görə bilərik. Əks halda onlar sadəcə siyasi intihar edəcəklər. Görək bu proseslər necə gedəcək. Cəmiyyətin başa düşməli olduğu əsas məsələ odur ki, bu adamlar, bu dörd siyasi partiyanın təmsilçiləri müstəqil şəkildə heç bir qərar qəbul etmirlər. Bu həm də onların daim özlərinə zərər vermə rejimində olmalarının səbəblərindən biridir. Yüz faiz, tamamilə, onların hər addımı diktədir, heç bir söz yox ki, ölkəmizin milli maraqları onları maraqlandırmır, hətta öz maraqlarının arxasınca gedə bilmirlər. Onların əməl etdikləri yeganə şey xarici tapşırıqlardır”, – baş nazir bildirib.