Yazını böyüt
Yazını kiçilt
İndoneziyada 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Hafta.az xəbər verir ki bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların episentri təxminən 282 min nəfər əhalisi olan Kupanq şəhərindən 7 km şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşir. Dağıntı və tələfat barədə məlumat yoxdur.