İngiltərə səhiyyəsində böhran: 7,7 milyon xəstə müalicə növbəsini gözləyir

10:15 15.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya xəstəxanalarda müalicə olunmaq üçün gözləyənlərin sayı 7 milyon 68o min nəfərə çatıb.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı İngiltərə Milli Səhiyyə Sisteminin (NHS) verib. Açıqlamaya görə, iyun ayının sonunda 7 milyon 570 min insan adi xəstəxana müalicəsinə başlamağı gözlədiyi halda, iyulun sonunda bu rəqəm 7 milyon 680 min nəfərə yüksəlib.

Gözləmə siyahıları bir ayda 100 mindən çox artıb. Belə ki, müalicə üçün gözləyənlərin sayı qeydlərin aparılmağa başladığı 2007-ci ilin avqustundan bu yana görülən ən yüksək rəqəm olaraq qeydə alınıb.

İngiltərədə ötən il xəstəxanalarda müalicə gözləyənlərin sayı 7 milyon nəfər idi.