İran Oman körfəzində Marşal adaları bayraqlı tankeri ələ keçirib - ABŞ Hərbi Dəniz Qüvvələri

18:36 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Hərbi Dəniz Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Oman körfəzində Marşal adaları bayrağı altında üzən neft tankerini qaçırmaqda ittiham edib. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının Twitter səhifəsində məlumat verilib.

“Aprelin 27-də yerli vaxtla saat 13:15 radələrində Marşal adaları bayrağı altında üzən “Advantage Sweet” neft tankeri beynəlxalq sulardan keçərkən SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən qaçırılıb”, - məlumatda deyilir.

ABŞ ordusu İranın hərəkətlərinin "beynəlxalq hüquqa zidd olduğunu və regionda təhlükəsizlik və sabitliyi pozduğunu" bildirib və ələ keçirilən tankerin azad edilməsini istəyib.