Yazını böyüt
Yazını kiçilt
İranın ölkəmizdəki səfirliyi hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı başsağlığı verib.
Hafta.az-ın yazdığına görə, bu barədə İran səfirliyi tviter səhifəsində açıqlama yayıb.
“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”, - səfirlik bildirib.