Rusiyalı miqrantlar Rusiyanın İrəvandakı səfirliyi qarşısında Aleksey Navalnının xatirəsinə qurulmış abidənin ləğvinə etiraz olaraq aksiya keçiriblər. Polis əmin edib ki, abidə kommunal xidmətlər tərəfindən götürülüb. Rusiyalı miqrantlar Rusiyanın İrəvandakı səfirliyi yaxınlığında Aleksey Navalnının xatirəsinə ucaldılmış kortəbii abidənin dağıdılmasına etiraz olaraq aksiya keçiriblər.
Hafta.az xəbər verir ki, bu haqda hadisə yerində olan “Kavkazski uzel” nəşrinin müxbiri məlumat yayıb.
Fevralın 16-da, müxalif siyasətçinin ölüm günündə Rusiya diplomatik missiyası ilə üzbəüz səkidə kortəbii memorial peyda olub. Memorial Qriqor Lusavoriç və Zakyan küçələrinin kəsişməsindəki parkın hasarı və Rusiya səfirliyinə bitişik olan hasara birləşdirilmiş pankartdan ibarət olub. Rusiyalı miqrantlar hasarın yanına güllər, siyasi məzmunlu plakatlar və müxalifət siyasətçisinin foto-şəkillərini qoyub, şam və lampalar yandırıblar. Oyuncaq ördək balaları da abidənin yanına aparılıb.
Aksiyada Rusiyadan olan miqrantlar iştirak ediblər. Təhlükəsizlik qüvvələri onların birbaşa səfirliyə yaxınlaşmasına imkan verməyib. Aksiyada 20-yə yaxın insan iştirak edib.
Rusiyadan olan fəal, Navalnı tərəfdarı Yan adlı biri həmin gecə abidənin dağıdıldığını bildirib. Bundan kimin əli olduğunu söyləməkdə çətinlik çəkib.
"Bu, səhər saat üçdən sonra baş verdi. Bunu yalnız maşınla və pilləkənlə etmək olardı, çünki əks halda banneri təmizləmək mümkün deyildi", - o, müxbirə belə deyib.
Krasnodarlı fəal Alipat Sultanbekova bildirib ki, memoriala qarşı əvvəl də təxribatlar olub, lakin o, tamamilə məhv olmaq həddinə çatmayıb.
Onun sözlərinə görə, fəallar Navalnının xatirəsinə xatirə lövhəsi və ya suyu olan bulaq quraşdırmaq üçün meriyadan rəsmi icazə almaq imkanını müzakirə edəcəklər.
"Polis memorialın kommunal xidmətlər tərəfindən söküldüyünə əmin edib, lakin kimdənsə şikayət olub-olmadığını və niyə təxminən üç həftədən sonra "təmizləmək" qərarına gəldiklərini dəqiqləşdirməyib", -deyə rusiyalı fəal bildirib.