İspaniyanın tərkibinə daxil olan Basklar ölkəsi parlamentinin Avropa və xarici əlaqələr komitəsində “Qarabağdakı vəziyyətlə bağlı” dinləmələr keçirilib.
Hafta.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, dinləmələrdə Ermənistan ümumi xeyirxahlar ittifaqının üzvü, ispan-erməni hüquqşünas Levon Qriqoryan Ermənistandakı vəziyyətlə bağlı məlumat çatdırıb.
Qriqoryan bəyan edib ki, “insan hüquqlarının müdafiəsi siyasi, mədəni və etnik fərqləri aşan bir məsuliyyətdir”.
“Mənşəyimizdən asılı olmayaraq, bu ümumi işdə birləşməyimiz vacibdir. Etnik təmizləmə birbaşa insan ləyaqətinin və ən əsas hüququn - yaşamaq hüququnun pozulmasıdır. Dağlıq Qarabağ əhalisinin hüquqlarının beynəlxalq müdafiəyə ehtiyacı var və Dağlıq Qarabağın statusu Azərbaycanın başladığı müharibə ilə müəyyən edilə bilməz”, - deyə erməni vəkil çərənləyib.