“İsrail humanitar yardımdan silah kimi istifadə edir” – Zvi Barel

10:20 05.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailli jurnalist Zvi Barel ölkəsinin Qəzzaya hücumlarını davam etdirmək üçün humanitar yardımdan strateji silah kimi istifadə etdiyini deyib.

Hafta.az-ın yazdığına görə, Zvi Barel “Haaretz” qəzetində “Strategiya olmadan İsrail humanitar yardımdan silah kimi istifadə edir” adlı məqalə yayımlayıb.

Barel deyib: "Dünyanın heç bir yerində, demək olar ki, elə bir döyüş meydanı yoxdur ki, humanitar yardım müharibənin aparılması üçün strateji vasitəyə çevrilməsin və çox vaxt münaqişəni uzatmasın. Qəzza müharibəsi də bu qaydadan kənar deyil".

İsrailin vaxtaşırı nümayişə icazə verdiyi yardım karvanı keçidlərinə gəlincə, Barel, sözügedən "strateji silahın" İsrail tərəfindən beynəlxalq ictimaiyyətin təzyiqlərini azaltmaq və yerli ictimaiyyətdən gələn reaksiyaları aradan qaldırmaq üçün istifadə edildiyini bildirib.

Barel həmçinin İsrailin "humanitar yardım silahı"nın ABŞ ictimaiyyəti, xüsusilə Respublikaçılar və Demokratlar tərəfindən tənqidləri aradan qaldırmaq üçün istifadə edildiyinə diqqət çəkib.

"İsrail bilir ki, ona müharibəni davam etdirməyə imkan verən ərzaq və dərman karvanları, su və yanacaq ehtiyatlarıdır. Onun gətirdiyi strateji üstünlüklər olmadan humanitar yardımın heç bir dəyəri yoxdur", - Barel bildirib.