İsrail ordusu HƏMAS-ın komando qüvvələrinin rəhbərini öldürüb

15:34 14.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəzza zolağı yaxınlığında HƏMAS-ın Nuxba komando qüvvələrinin komandiri Əli Qadi öldürülüb.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Qeyd olunub ki, Ə.Qadi 2005-ci ildə İsrail vətəndaşlarının oğurlanması və öldürülməsindən sonra tutulsada, Gilad Şalit əsir mübadiləsi çərçivəsində azad edilib.

O, İsrail Müdafiə Ordusunun Qəzza zolağında həyata keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.