İsrail Türkiyəni Qəzzaya yasaq material göndərməkdə suçladı

09:15 15.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail Türkiyədən Qəzzaya göndərilən yükdə raket istehsalında istifadə edilən 16 ton material olduğunu iddia edib. Qəzzəyə nəzarət edən Həmas isə bu iddianı “uydurma” adlandırıb.

Hafta.az-ın Euronews-a istinadən yazdığına görə, İsrail Gömrük İdarəsi iyulda Türkiyədən Qəzzaya göndərilən iki konteynerdə axtarış aparıldığını açıqlayıb. Açıqlamaya görə, içərisində 54 ton gips olan torbalardan götürülən nümunələr laboratoriyada yoxlanılıb. Gömrük rəsmiləri torbaların bəzilərində ammonium xlorid olduğunu və bu materialın Qəzzada olan qruplar tərəfindən raket istehsalı üçün istifadə edildiyini açıqlayıb.

HƏMAS-ın sözçüsü Hazim Qasim bu xəbəri “yalan” adlandırıb.

"Reuters" agentliyinə danışan Qasim, "İşğalçı dövlət Qəzzaya qarşı blokadanı gücləndirmək üçün yalanlar uydurur" deyib.

Dünyanın ən sıx məskunlaşdığı bölgələrdən olan Qəzzada təxminən 2,3 milyon fələstinli yaşayır. 2007-ci ildə Həmas Qəzzaya nəzarət etməyə başlayandan bəri İsrail Misirlə birlikdə sahil zolağının iqtisadiyyatını dirçəlməyə qoymayan blokadanı davam etdirir.
Bu ayın əvvəlində İsrail partlayıcı maddələrin qaçaqmalçılığa cəhdi iddiası ilə Qəzzadan ticarət mallarının ixracını bir neçə gün müddətinə dondurdu. Fələstinlilər qısamüddətli qadağanın minlərlə ailəyə təsir etdiyini iddia edirlər.

Mənbə: