İşsizi döyüb 600 min dollarını apardılar

15:53 14.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvada işsiz şəxsdən külli miqdarda pul oğurlanıb. Bu barədə “Moskva” agentliyi Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, naməlum şəxslər moskvalıya hücum edərək ona məxsus 600 min dolları oğurlayıblar. “1989-cu il təvəllüdlü işşiz şəxs növbətçi məntəqə ilə əlaqə saxlayıb və bildirib ki, naməlum şəxslər Xavskaya küçəsində yerləşən ofisə daxil olaraq onu yerə yıxıb və boğmağa başlayıblar”, - deyə qurumun mətbuat xidmətindən bildirilib.

Zərərçəkənin kəndirlə bağlanıb və sifət nahiyəsindən bıçaqlanıb. Bundan sonra hücum edənlər masanın üstündəki pulları götürərək ofisi tərk ediblər.

İşsiz şəxs həkimə müraciət etməyib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır/virtualaz.org