İstanbul terrorunun əmri Suriyanın Mənbic şəhərindən alınıb

13:49 18.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, İstanbulda hücumun təşkili əmri Suriyanın şimalında yerləşən Mənbic şəhərindən alınıb. Bu barədə hafta.az “A Haber” telekanalına istinadən xəbər verir.

"Həm Mersində, həm də İstiqlal küçəsindəki terror hücumu Mənbicdən törədilib", - Soylu bildirib.
Türkiyəli nazir onu da bildirib ki, bu il ölkədə kamikadzelər tərəfindən planlaşdırılan 18 partlayışın qarşısı alınıb.

O, Türkiyədə terrorla mübarizənin davam etdiyini vurğulayıb. "Harada terror mənbəyi varsa, o, məhv ediləcək", - Türkiyənin daxili işlər naziri əlavə edib.

Noyabrın 13-də İstanbulun mərkəzi rayonlarından birində piyadalar üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib. Türkiyə Ədliyyə Nazirliyi bunun terror aktı olduğunu bəyan edib. Partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. İki gün sonra Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İstanbulda terror aktında əli olmaqda şübhəli bilinən 50 nəfərin həbs edildiyini açıqlayıb.