İtkin düşmüş Azərbaycan əsgəri ilə bağlı Ermənistandan AÇIQLAMA

16:01 10.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Milli Təhlükəsizlik Xidmətində Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı faktiki məlumat yoxdur.

 

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti "Azatutyun"a bildirib.

 

Bildirilib ki, yeni məlumatlar əldə olunarsa, əlavə dəqiqləşdirmələr aparılacaq.

 

Qeyd edək ki, erməni teleqram kanallarında azərbaycanlı hərbçinin Ermənistanda həbs edilməsi barədə xəbərlər yayılıb.

 

Siyasət rubrikasından digər xəbərlər