“KamAZ” piyadanı vurub öldürüb

17:32 15.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzulidə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, rayonun Kərimbəyli kəndi ərazisində “KamAZ” markalı avtomobil yolu keçən Zobucuq-2 qəsəbə sakini Asəf Teymurovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.