“S.Sərkisyanın komandasında olmasına rəğmən baş nazir N.Paşinyan onu 4 ildən çox belə bir strateji vəzifədə saxlayıb. Lakin A.Davtyan vəzifədən azad ediləndən sonra müxalif-revanşist mövqeyə keçib və keşiş Baqratın etiraz aksiyaları başlayanda ona da rəğbətini ifadə edib...”
“Baqrat Qalstanyan saqqalını qırxsa, o, keçmiş prokuror olacaq”.
Hafta.az xəbər verir ki, “Haykakan Jamanak”ın yaydığı məlumata görə, bunu aktyor Hovannes Azoyan öz “Facebook” səhifəsində yazıb.
Erməni sənətçi “keçmiş prokuror” dedikdə sabiq baş prokuror Artur Davtyanı nəzərdə tutduğunu və zarafat etmədiyini bildirib.
Xatırladaq ki, Artur Davtyan 2016-cı ildən, yəni Xocalı canisi, terrorçu eks-prezident Serjik Sərkisyanın hakimiyyət dövründən 2022-ci ilin sentyabrınadək Ermənistanın baş prokuroru vəzifəsində işləyib. Başqa sözlə, S.Sərkisyanın komandasında olmasına rəğmən Baş nazir N.Paşinyan onu 4 ildən çox belə bir strateji vəzifədə saxlayıb. Lakin A.Davtyan vəzifədən azad ediləndən sonra müxalif-revanşist mövqeyə keçib və keşiş Baqratın etiraz aksiyaları başlayanda ona da rəğbətini ifadə edib...
Onu da qeyd edək ki, A.Davtyan işğalçı ölkənin baş prokuroru kimi 2020-ci ilin 44 günlük savaşınadək və sonralar da dəfələrlə baş prokuror kimi qanunsuz olaraq Azərbaycan ərazisində - Xankəndində olub...