Konfrans Liqası: “Zirə” – “Torpedo” oyunu başlayıb 

20:09 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Sumqayıtda “Zirə” və Gürcüstanın “Torpedo” komandaları arasında ilk oyun başlayıb.

Hafta.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüş saat 20:00-da start götürüb. Matçı finlandiyalı baş hakim Yuri Hüytiya idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 16-da Gürcüstanda olacaq.