Krasnoyarsk-Bakı marşrutu ilə yeni reyslər açılır

12:25 07.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın S7 aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu ilə yeni reyslər həyata keçirəcək.

Hafta.az bu barədə Krasnoyarsk hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.

Uçuşlar həftədə bir dəfə, çərşənbə günləri baş tutacaq.

Reyslər iyunun 23-dən etibarən başlayacaq.

Bundan başqa, Krasnoyarskdan Bakıya "Uralskie avialinii" şirkətinin reysləri də həyata keçiriləcək. Bu şirkətin uçuşları şənbə günləri baş tutacaq.

Hər iki uçuş proqramı oktyabrın sonunadək davam edəcək.