Laçında iki nəfər minaya düşdü

21:00 21.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçında iki nəfər minaya düşüb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Suarası kəndində baş verib.

Minaya düşən şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan faktı Trend-ə təsdiqləyiblər.

Qeyd edilib ki, onlar kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olurmuş. Yaralılar dərhal polis əməkdaşkarının və Daxili Qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıblar. Hazırda onların müalicəsi davam etdirilir.