Yazını böyüt
Yazını kiçilt
“Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiyadan sıxışdırmaq qərarına gəlib və bunu gizlətməyə çalışmır”.
Hafta.az xəbər verir ki, “RT”-nin yaydığı məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinin “Moskva. Kreml. Putin" proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, Aİ-nin planları reallaşmayacaq.
“Avropa İttifaqı bizi heç bir şəkildə cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir. Bu, işə yaramayacaq”, - Rusiya XİN rəhbəri bildirib.
Lavrov xatırladıb ki, Rusiya tarixən bu ərazilərlə bağlıdır və oralardan heç bir yerə yoxa çıxmaq niyyətində deyil.
"Bizim tərəfdaşlarımız və müttəfiqlərimiz bunu çox yaxşı bilirlər", - Rusiya XİN rəhbəri bildirib.