Lənkəranda mikroavtobus yanıb

22:04 17.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran şəhərində “QAZel” markalı mikroavtobusun salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.