Lerikdə zəlzələ oldu

09:00 18.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 18-də Azərbaycanda zəlzələ olub.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, yerli vaxtla saat 00:35-də Lerik stansiyasından 19 kilometr şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

 

Ocağı 21 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.

 

Zəlzələ hiss olunmayıb.