Makron Prezident İlham Əliyevə zəng edib

11:52 02.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 1-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Hafta.az-ın xəbərinə görə, söhbət zamanı Ukraynada cərəyan edən böhran vəziyyəti və Ukraynaya humanitar dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı, həmçinin enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.