Masallıda evdə yanğın olub

22:58 26.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə və dam örtüyünün taxta atmaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.