Masallıda məktəbli qız itkin düşüb

11:10 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda məktəbli itkin düşüb.

Hafta.az-ın xəbərinə görə, Xoşçobanlı kənd sakini Xəyal Məmmədov Masallı rayon Polis Şöbəsinə müraciət edərək, qızı, Xoşçobanlı kənd məktəbinin 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü İ.Məmmədovanın iyunun 8-də yaşadıqları evdən çıxaraq geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.