Masallıda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

23:55 18.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan hafta.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.