Matviyenkodan maraqlı təklif: “Xoşbəxtlik Nazirliyi yaradılsın”

10:50 07.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ölkədə “Xoşbəxtlik Nazirliyi”nin yaradılmasını təklif edib.

Hafta.az-ın yazdığına görə, “Znaniye. Pervıye” adlı forumda ölkədə hansı qanunun təcili qəbul edilməsi ilə bağlı sualı cavablandıran Matviyenko “Təcili olaraq sosial xoşbəxtlik haqqında qanuna ehtiyac var” deyib.

Rusiyada Xoşbəxtlik Nazirliyi yaratmaq arzusunda olduğunu və bu istiqamətdə təkliflə çıxış etdiyini deyən Federasiya Şurasının sədri bu nazirliyin yeni qanunların, hökumət qərarlarının xalqın xoşbəxtliyinə xidmət edib-etməməsinə qərar verəcək bir qurum kimi fəaliyyət göstərməli olduğunu bildirib.