Məhkəmə İlon Maska ödənilən maaş paketinin ləğvinə yol açdı

09:15 01.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Delaver Məhkəməsinin hakimi Katalin MakKormik “Tesla” şirkətinin səhmdarı Riçard Tornettanın iddiası ilə bağlı öz fikrini bildirib.

Hafta.az-ın yazdığına görə, hakim Maskın təxminən 56 milyard dollarlıq maaş paketini “ağılasığmaz məbləğ” adlandırıb və “Tesla”nın idarə heyəti tərəfindən ədalətsiz şəkildə müəyyən edildiyini bildirərək, iddiaçının ləğv etmək hüququna malik olduğunu deyib.

MakKormik, qərarın iddiaçının xeyrinə verildiyini, tərəflərin bu qərarı həyata keçirmək üçün bir növ yekun qaydanı müzakirə edəcəyini və bu məsələni sınaq səviyyəsində yekunlaşdırmaq üçün bütün məsələləri çözən birgə məktub təqdim edəcəyini bildirib.

“X” hesabında mövzu ilə bağlı paylaşım edən İlon Mask, "Heç vaxt Delaver əyalətində şirkətinizi qurmayın" deyib.