Məkəb şagirdinin iddia olunan səs yazısı araşdırılır

14:11 25.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Məlumata əsasən, məsələ ilə bağlı məlumatlıdırlar, artıq ötən həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib:

"Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq".

Oxunma sayı 58