Meksikada tekila şüşələrinə doldurulmuş 8,6 ton maye metamfetamin müsadirə edilib.
Hafta.az-ın “New York Daily News”a istinadən yazdığına görə, Meksika donanması Manzanillo şəhərinin qərbindəki limanda 960 karton qutu daşıyan yük konteynerinə basqın edib. Belə ki, 8,6 ton maye doldurulmuş 11520 tekila şüşəsi aşkar edilib. Reyd zamanı narkotik itdən də istifadə olunub. Maye metamfetaminin rənginin köhnə tekilaya bənzəməsi diqqət çəkib.
Metamfetamin istehsalında ön sıralarda olan Meksikada avtomobillərin və digər maşınların şüşəyuyan maye çənində tez-tez maye metamfetaminlə rastlaşılır. Maye metamfetamin xüsusi müəssisələrdə narkotik alverçiləri tərəfindən kristal formaya çevrilir.
Meksika Hərbi Dəniz Qüvvələri bu il artıq 114,3 ton metamfetamin müsadirə olunaraq məhv edildiyini bildirib.
Bu arada, ölkə tekila ilə də məşhurdur. Çünki bu içki mavi aqavadan hazırlanır və bu bitki Xalisko, Kolima, Nayarit və Aquaskalientes əyalətlərində bitir.