Məktəblərdə direktorların yerdəyişməsi BAŞLADI

16:01 23.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrinin vakant direktor vəzifəsinə yerdəyişmə məqsədilə qeydiyyat başlanıb.

 

Bu barədə hafta.az-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sonuncu iş yeri üzrə 3 ildən artıq müddətdə direktor vəzifəsində çalışan şəxslər müraciət edə bilərlər.

 

Vakant yerlərin siyahısı linkdə yerləşdirilib.

Qeyd edək ki, müraciətlər fevralın 27-dək qəbul ediləcək.